2023-cü il III Avropa Oyunlarının məkanı Avropa Olimpiya Komitələrinin (EOC) Belarusun paytaxtı Minskdəki Növbədənkənar Baş Assambleyasında müəyyənləşəcək. Bu barədə TASS-a müsahibəsində Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Yanez Kotsiyançiç bildirib. Sloveniyalı funksioner deyib ki, iclas Minsk-2019 II Avropa Oyunları ərəfəsində gerçəkləşəcək. Kotsiyançiç bir neçə şəhərin Oyunlara ev sahibliyi etmək istəyini ifadə etdiklərini bildirib: "Namizədlərdən ərizə qəbulu üçün açıq prosedur mövcuddur. Bir neçə şəhər Oyunların təşkilatçısı olmaq istədiyini açıqlayıb. Minsk-2019 ərəfəsində EOC-un Növbədənkənar Baş Assambleyası keçiriləcək və biz növbəti Oyunların ev sahibini seçəcəyik. Ərizə qəbulu proseduru açıq olduğundan, namizədləri hələlik açıqlamaq istəməzdim. Amma xüsusi maraq göstərən iki şəhər var. Səsvermə qapalı olacaq. Bu səbəbdən, 50 Milli Olimpiya Komitəsi qarşısında namizədləri açıqlamaq və kiməsə üstünlük vermək düzgün olmazdı". Hazırda III Avropa Oyunlarını keçirməyə Rusiyanın Kazan və Polşanın Katovitse şəhərlərinin iddialı olduqları bildirilir. Qeyd edək ki, Minsk-2019 II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. İlk Avropa Oyunları isə 2015-ci il 12 - 26 iyunda Bakıda təşkil olunub.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024