Azərbaycanın Əməkdar artisti, müğənni Miri Yusif sentyabrın 16-22-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri seçilib. OLİMPSPORT Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, gənclərin sevimli ifaçısı, hit mahnıların müəllifi dünya çempionatına hazırlıq çərçivəsində yarışların təşviqi və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Bununla yanaşı, çempionata həsr olunan bir sıra eksklüziv tədbirlər də keçiriləcək. Dünya çempionatının daha bir səfiri dəfələrlə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, keçmiş gimnast Yana Batırşinadır. Hər iki ulduz səfir apreldə paytaxtımızda baş tutmuş bədii gimnastika üzrə dünya kubokunun yarışlarını böyük maraqla izləyiblər.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024