Almaniyanın nüfuzlu “Sport1” portalında UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalə dərc edilib. Məqalədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədovun “Liverpul” klubunun almaniyalı baş məşqçisi Yurgen Kloppun UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə bağlı tənqidi fikirlərinə cavab verdiyi bildirilib. Elxan Məmmədovun Yurgen Kloppa cavab olaraq dediyi “Onun sözləri məni mənfi mənada təəccübləndirdi. O, hər zaman çox pozitiv insan təəssüratı bağışlayıb. Mən onun futbolun coğrafi cəhətdən məhdudlaşdırılmasına dair fikirləri ilə razı deyiləm” sözləri sitat gətirilib. AFFA baş katibinin qitənin mötəbər klub turnirlərinin final qarşılaşmalarının Şərqi Avropa ölkələrində keçirilməsinin “Futbolun gənc nəsil arasında daha da populyarlaşmasına” töhfə verdiyini bildirməsi yazıda xüsusi vurğulanıb. Məqalənin sonunda Elxan Məmmədovun Bakıda keçiriləcək final matçının əsl “futbol bayramı” olacağına əminliyi qeyd edilib. Məqalənin tam mətnini aşağıdakı link vasitəsilə oxumaq mümkündür: (https://www.sport1.de/fussball/europa-league/2019/05/juergen-klopp-mit-kritik-an-el-finale-aserbaidschanischer-verband-reagiert).
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024