“Çelsi”nin hücumçusu Olivye Jiru Bakıda Avropa Liqasının “Arsenal” ilə final matçından gözləntilərini bölüşüb. Xatırladaq ki, forvard əvvəllər “Arsenal”ın heyətində çıxış edib. Forvard deyib: “Keçmişdə heyətində oynadığım komandalara qarşı oynamaq xoşuma gəlir. Lakin hissiyyata qapılmamalıyam. Mən bu komandanın heyətində oynamaqdan zövq alırdım. Karyeramın böyük hissəsi bu komandada keçib. Mənim ilk İngiltərə klubum. O, mənim üçün daim xüsusi əhəmiyyət kəsb edəcək. İndi hiss edirəm ki, damarlarımda mavi qan axır. Yığmada olduğu kimi, mavi rəng mənə yaraşır. İkinci qələbəmi “Çelsi” ilə qazanmaq istəyirəm”. Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Qalib növbəti mövsümdə Çempionlar Liqasına birbaşa vəsiqə alacaq və Çempionlar Kubokunun sahibi ilə UEFA Superkuboku uğrunda mübarizə aparacaq.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024