Döyüşçülərin Mütləq Çempionatının (UFC) iki çəki dərəcəsində qalibi Konor Makqreqor yüngül çəkidə hazırkı çempion Həbib Nurmaqomedovla revanş döyüşünün keçiriləcəyini istisna etməyib. Döyüşçü rəqibi ilə bir daha görüşəcəyinə ümid edib: “Onu təbrik edirəm, həmin matçda qələbə qazanıb. Əminəm ki, yenidən üz-üzə gələcəyik. Görək növbəti döyüş necə olacaq. Bu idmandır və onun sərt qaydaları var. Həmin döyüş axşamı mən məğlub olmuşdum. Rəqibimə hörmət edirəm”. Qeyd edək ki, H.Nurmaqomedovla K.Makqreqor arasında ilk döyüş ötən il oktyabrın 6-da Las-Veqasda keçirilib və dördüncü raundda rusiyalının qələbəsi ilə başa çatıb. Döyüşdən sonra hər iki komandanın üzvləri arasında kütləvi dava düşüb. Yanvarın 29-da Nevada ştatının atletika komissiyası irlandiyalı döyüşçünü 50 min dollar cərimələyib, altı ay müddətinə diskvalifikasiya edib. Rusiyalı döyüşçü isə doqquz ay müddətinə UFC yarışlarından kənarlaşdırılaraq, 500 min dollar məbləğində cərimələnib. Rusiyalı döyüşçü UFC çempionatında keçirdiyi 27 döyüşün hamısında qələbə qazanıb. O növbəti döyüşünü sentyabrın 7-də amerikalı idmançı Dustin Poirierə qarşı keçirəcək.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024