"Bakı" uduzdu

I divizionda 24-cü tura yekun vurulub.

Olimpsport.az saytının məlumatına görə, “Bakı” səfərdə “Energetik”in qonağı olub. Matç Mingəçevir klubunun 3:1 hesablı qələbəsi ilə tamamlanıb. “Energetik”ə qələbə gətirən qolları Elməddin Cəfərov və Elvin Əlizadə (2) vurduğu halda, “Bakı”nın yeganə qolunu aktivinə Ramil Nuriyev yazıb.