Güləş ictimaiyyətinə ağır itki üz verib
Bu gün Rusiyada yaşayan həmyerlimiz, sərbəst güləş üzrə əməkdar məşqçi Eldəniz Tahirov 62 yaşında dünyasını dəyişib. OLİMPSPORT xəbər verir ki, mərhum Rusiyanın Sibir şəhərlərinin birində məşqçi kimi fəaliyyət göstərməklə yanaşı Azərbaycan güləşi ilə sıx əməkdaşlıq edirdi. Onu da qeyd edək ki, Eldəniz Tahirov keçən il Şamaxı şəhərində keçirilən Oleq Krapivin adına beynəlxalq güləş yarışında "olimpsport.az" saytına da müsahibə vermişdir. Mərhumun nəşi iyunun 7-də doğma rayonu Beyləqanda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin.