Hollandiyada UEFA Millətlər Liqasının final mərhələsinin ikinci yarımfinal qarşılaşması keçirilib. OLİMPSPORT xəbər verir ki, “Afonso Henriquea” stadionunda keçirilən oyunda Hollandiya millisi və İngiltərə yığmaları qarşılaşıblar. Oyun Hollandiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Matthijs de Ligt və Quincy Promes fərqləniblər. Qonaqların heyətində yeganə qolu isə Markus Recford 11 metrlik cərimə zərbəsindən sonra vurub. Qeyd edək ki, turnirin və üçüncü yerin qalibi iyunun 9-da müəyyənləşəcək. Xatırladaq ki, Azərbaycan yığması Millətlər Liqasının D liqasının üçüncü qrupunda mübarizə aparıb və millimiz qrupda ikinci olub.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024