Avropa Oyunlarında 3 güləşçimiz 1/2 finala vəsiqə qazanıb

    Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Bu gün güləş yarışlarına start verilib. Mübarizəyə 57, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər başlayıb. Mahir Əmiraslanov ilk mərhələdə çətinliklə də olsa, bolqar həmkarına qalib gəlib. 1/4 finalda Makedoniya idmançısına da gücünü göstərən həmyerlimiz yarımfinala yüksəlib. Hacımurad Hacıyev debütdə 3 qat Avropa çempionu ilə qarşılaşıb. Hakimlərin də müəyyən qədər simpatiyası fonunda Türkiyə pəhləvanı növbəti mərhələyə yüksəlib. Aleksandr Qostiyev yarışa inamlı qələbəylə başlayıb. Yığma üzvü ikinci hissədə qazandığı xallarla moldovalı rəqibini məğlub edib. Qostiyev 1/4 finalda gürcü güləşçinin də öhdəsindən gələrək yarımfinala çıxıb. Camaləddin Məhəmmədov 1/8 finalda yerli güləşçiyə şans tanımayıb. 1/4 finalda Macarıstan təmsilçisiylə baş tutan görüş dramatik alınıb. Məhəmmədov hesabda 2:5 geridə olsa da, əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

57 kq 1/8 final - Mahir Əmiraslanov - Georgi Vangelov (BUL) 6:5

1/4 final - Mahir Əmiraslanov - Vladimir Yeqorov (MKD) 4:0

1/2 final - Mahir Əmiraslanov - Zaur Uquyev (RUS)

74 kq 1/8 final - Hacımurad Hacıyev - Soner Demirtaş (TUR) 3:4

86 kq 1/8 final - Aleksandr Qostiyev - Deniv Balaur (MDA) 7:1

1/4 final - Aleksandr Qostiyev - Sandro Aminaşvili (GEO) 6:2

1/2 final - Aleksandr Qostiyev - Dauren Kuruqliev (RUS)

125 kq 1/8 final - Camaləddin Məhəmmədov - Vitali Piasniak (BLR) 6:0

1/4 final - Camaləddin Məhəmmədov - Daniel Ligeti (HUN) 6:5

1/2 final - Camaləddin Məhəmmədov - Givi Matçaraşvili (GEO)