Azərbaycan futboluna ağır itki üz verib
Azərbaycan futboluna ağır itki üz verib.“Neftçi”nin veteran futbolçusu Ələddin Ələkbərov vəfat edib. 1960-cı ildə dünyaya göz açmış sabiq yarımmüdafiəçi 1980-1984-cü illərdə “Neftçi”nin heyətində 64 oyun keçirib, 2 qol vurub.
OLİMPSPORT-un da üzvü olduğu Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının (AFİAHİ)rəhbər heyəti bütün üzvləri adından başda mərhumun ailəsinə və yaxınlarına o cümlədən bütün "Neftçi" ailəsinə başsağlığı verir.