AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, İran MOK daha əvvəl Beynəlxalq Cüdo Federasiyasına və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa məktubunda Olimpiya Xartiyasına və onun bərabərlik prinsipinə tam hörmətlə yanaşacağını vəd edib.
Amiri deyib: “İsrailli idmançılarla yarışlarda iştirak etməmək müsəlman dünyasının problemidir, 20 ölkədən olan idmançılar bundan çəkinir. Biz İranın siyasi kursuna müvafiq hərəkət edirik və bu səbəbdən israillilərin mübarizə apardığı turnirlərdə iştirak etmirik”.
Sonuncu boykot hadisəsi fevral ayında Parisdə cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri zamanı baş verib. Onda 81 kiloqrama qədər çəki dərəcəsində dünya çempionu Səid Mollayi israilli Saqi Muki ilə görüşməkdən imtina edib. İdmançılar avqustda Tokioda keçiriləcək dünya çempionatında qarşılaşa bilərlər.
Daha əvvəl verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyası və İran boykotun dayandırılması barədə saziş əldə ediblər. Amirinin sözlərinə görə, İsrailin boykotu davam edərsə, Beynəlxalq Olimpiya Komitəsi İran MOK-a qadağalar tətbiq edə bilər.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024