İspaniya millisinin məşqçisi: " Şəhidlər xiyabanında gördüyümüz gənc insanların məzarı bizi çox üzdü"
"İlk dəfədir ki, Bakıda oluruq. Bakının bu qədər gözəl olduğunu bilməzdim". Bu sözləri Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edən sərbəst güləş üzrə İspaniya millisinin məşqçisi Antonio Jimenez "olimpsport.az" saytına müsahibəsində deyib.
- Şəhərimizin daha çox hansı yerlərini bəyəndiniz?
- "Dağüstü park" dan Bakı möhtəşəm görsənir. Şəhidlər xiyabanında öz vətəni uğrunda canından keçmiş gənc insanların məzarını görəndə çox üzüldük.
-
- Yarış haqqında təəsüratlarınız?
- - Təşkilatçılıq yüksək səviyyədə idi. Bizim güləşçilər bu festivalda yer tuta bilməsələr də böyük təcrübə qazandılar.
-
- İspaniya ilə Azərbaycan güləşini necə müqayisə edərsiniz?
- Sizdə güləş çox güclüdür. Bizdə kişilərə nisbətən qadın güləşində dünya, Avropa birinciliklərində nəticələrimiz olub. Gələcəkdə çox istərdim ki, sizinlə birlikdə təlim-məşq toplanışları keçirək. İstər İspaniyada, istərsə də Bakıda. Bu bizim güləşin inkişafına da təkan olar.
- Sonda "OLIMPSPORT " jurnalının baş redaktoru Ramin Allahverdiyev üzərində OLİMPSPORT un 10 illik yubileyi həkk olunmuş döş nişanını və jurnalları ispaniyalı qonaqlara hədiyyə olaraq təqdim etdi. Qonaqlar da onlara göstərilən xoş münasibətlərə görə hamıya təşəkkür edərək əvəzində İspaniya Milli Olimpiya Komitəsinin döş nişanını Ramin Allahverdiyevə və Məmmədhüseyn Həsənova təqdim etdilər.