Yeniyetmələr arasında dünya birinciliyində bu idmançılar iştirak edəcək-SİYAHI
İlk günlərdə mübarizə aparacaq sərbəst güləşçilərimiz böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi ilə çıxış edəcəklər. Heyətdə Murad Haqverdiyev (45 kq), Cavid Cavadov (48 kq), Riad Aslanov (51 kq), Zirəddin Bayramov (55 kq), Fərhad Kərimli (60 kq), Cəbrayıl Hacıyev (65 kq), Məmmədəli Əliyev (71 kq), Fərid Cabbarov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) yer alıblar.
Yeniyetmə qızların yarışında ölkəmizi böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Zenfira Həşimova (43 kq), Gültəkin Şirinova (46 kq), Nərgiz Səmədova (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Firuzə Məcidova (61 kq) və Nigar Mirzəzadə (65 kq) təmsil edəcəklər.
Mundialın son günlərində böyük məşqçi Taleh İsrafilov və məşqçi Rasim Ağayevin rəhbərliyi ilə mübarizəyə qoşulacaq yunan-Roma güləşi üzrə millimizin tərkibinə Fərid Sadıxlı (45 kq), Ziya Babaşov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq), Xasay Həsənli (65 kq), Rauf Əliyev (71 kq) və Laçın Vəliyev (92 kq) daxil edilib.
Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Zaur Şərifov da ədaləti qoruyacaq.