Şenol Günəş: "Beşiktaş" "Qarabağ"la Bakıda qarşılaşa bilər" - ÖZƏL VİDEO

Bu gün Türkiyə Superliqasının 31-ci turu çərçivəsində keçirilmiş oyunda "Beşiktaş" "Kayserispor" üzərində 4:0 hesablı qələbə qazanıb .

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin oyunsonrası mətbuat konfransda iştirak edənlər arasında "Olimpsport.az"ın əməkdaşı da olub.

Ş. Günəş türkiyəli jurnalistlərlə yanaşı, "Olimpsport.az"ın əməkdaşının da sualını cavablandırıb:

- Sizi Azərbaycan salamlayıram. Bizim "Qarabağ" klubunun torpağları işğal altındadır. Buna baxmayaraq, “Qarabağ” hazırda çempionluğa əsas namizəddir, son illər Avropa Liqasında çox yaxşı mübarizə aparır. Ağdam klubu haqqında məlumatınız varmı? Əgər həm onlar, həm də "Beşiktaş" qızıl medallara sahib çıxarsa, iki qardaş ölkə çempionlarının uyğun bir vaxtda dostluq oyunu keçirməsi mümkündürmü?

- “Qarabağ”la dostluq oyunu keçirməkdən şərəf duyarıq. Həm Azərbaycanla da birgəliyimiz var. Eyni duyğuları paylaşırıq. Ölkə olaraq, millət olaraq birlikdəyik. "Qarabağ" haqqında məlumatım var. Hücumçuları səhv etmirəmsə, Reynaldodur. Çox gözəl oyunçudur. Mən onu keçən il “Bursaspor”da işlədiyim zaman izləmişdim və hətta transferini fikirləşirdim də. Komandanı tanıyıram. Avropa kuboklarında çox yaxşı nəticələr qazanıb . Düşünürəm ki, bu komanda ilə Bakıda, ya da Türkiyədə qarşılaşmaq çox gözəl olardı”.