Tokioda mübarizə aparacaq cüdoçularımız məlum olub
Tokioda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
OLİMPSPORT Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, ölkəmizi bu yarışlarda 9 kişi və 7 qadın cüdoçu təmsil edəcək.
Kişilərin yarışında Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) güclərini sınayacaqlar.
Qadınlardan isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), İçinxorloo Münxtsedev (57 kq), Günel Həsənli (70 kq), İrina Kindzerska (+78 kq) mübarizə aparacaqlar.
Avqustun 25-dən 31-dək keçiriləcək dünya çempionatında 152 ölkədən 900-dən çox cüdoçu iştirakını təsdiqləyib.