Avqustun 23-də futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci illər mövsümündə ikinci turun oyunlarına start verilib.
Ötən tur gözlənilmədən səfərdə "Sivasspor"a məğlub olan İstanbulun "Beşiktaş" komandası öz meydanında “Göztəpə”ni qəbul edib.
Baş hakim Ali Palabıyıkın idarə etdiyi qarşılaşmada İstanbul təmsilçisi rəqibin qapısından üç cavabsız top keçirib.
"Ağ-qaralar"ın üstünlüyü və hücumları şəraitində keçən matçda meydan sahiblərinin heyətində Güven Yalçın, (45) Caner Erkin (54) və Adem Lyayic (59) fərqləniblər.
Beləliklə, Abdulla Avcının yetirmələri mövsümün ikinci oyununda qalib gələrək aktivilərinə ilk üç xalı yazdırıblar.
İkinci turun mərkəzi görüşündə "Başakşəhər" və "Fənərbağça" üz-üzə gələcək. Avqustun 25-də isə “Qalatasaray” “Konyaspor”u, “Trabzonspor” isə “Yeni Malatyaspor”u sınağa çəkəcək. Qeyd edək ki, tura avqustun 26-da yekun vurulacaq.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024