Turun mərkəzi görüşündə İstanbulun iki komandası “Başakşəhər” və “Fənərbağça” qarşılaşıb. Baş hakim Halil Umut Melerin idarə etdiyi görüşdə “Fənərbağça” rəqibini oyunun əsas vaxtına əlavə olunmuş son dəqiqədə vurduğu qol sayəsində 2:1 hesabı ilə məğlub edib.
Hesabı ilk hissənin 32-ci dəqiqəsində Enzo Crivellinin qolu ilə meydan sahibləri açıblar. Yetmiş yeddinci dəqiqədə qonaqlar Vedat Muriqinin vurduğu qolla hesabı bərabərləşdiriblər. Doxsan üçüncü dəqiqədə isə “Fənərbağça”nın yarımmüdafiəçisi Nabil Dirar qələbə topunu vurub - 2:1.
Beləliklə, baş məşqçi Ərsun Yanalın yetirmələri yeni mövsümün ikinci matçında da qalib gələrək aktivlərinə daha üç xalı yazdırıblar.
Qeyd edək ki, bu komandalar əvvəllər 25 dəfə qarşılaşıblar: 11 görüşdə “Fənərbağça”, 10-da isə “Başakşəhər” qalib gəlib. Dörd matç heç-heçə yekunlaşıb.
Turun bu gün keçirilən digər iki görüşü belə nəticələnib: “Ankaragücü” – “Kayserispor” - 1:1. “Alanyaspor” - “Kasımpaşa” - 4:1. Avqustun 25-də oynanılacaq “Qalatasaray” - “Konyaspor”, “Trabzonspor” - “Yeni Malatyaspor” qarşılaşmaları maraqla gözlənilir.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024