Bu sözləri Şimali İrlandiyanın "Linfild" komandasının baş məşqçisi David Hili UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ” klubu ilə cavab matçından əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis Şimali İrlandiya yığmasının heyətində daha əvvəl Bakıya səfər etməyin ona qismət olmadığını bildirib. Bakı və “Qarabağ” haqda fikirlərini bölüşən baş məşqçi deyib: “Bakı çox gözəl şəhərdir. Qaldığımız otelin ətrafında şəhərlə tanışlıq imkanımız oldu. Rəqib çox güclü kollektivdir. Evdə oyunlarında nəticələri yaxşıdır. Güclü komandaya qarşı yaxşı müdafiə olunmalıyıq. Səfər matçından qayıdandan sonra baş məşqçilər çox məqamlar barədə düşünürlər. Mərhələni adlaya bilsək, bu səfər bizim üçün daha da yadda qalan olacaq. İnanıram ki, nəticə və oyundan razı qalacağam”.
“Qarabağ”ın heyətində güclü futbolçuların olduğunu vurğulayan D.Hili deyib: “Əgər 1 milyon funt sterlinq vəsaitimiz olsaydı, “Qarabağ”ın oyunçularını almağa xərcləyərdim. Rəqib komandanın futbolçularından Riçard Almeyda, Xayme Romero və Rahil Məmmədovu heyətimizdə görmək istərdim”.
Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Linfild" matçı saat 20:00-da başlayacaq. Belfastdakı ilk oyunda Şimali İrlandiya təmsilçisi qələbə qazanıb - 3:2.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024