Andorra və Moldova ilə qarşılaşacaq Türkiyə millisinin heyəti açıqlanıb

Türkiyə milli komandasının "Avro-2020"nin seçmə mərhələsi çərçivəsində Andorra və Moldovaya qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.

Baş məşqçi Şenol Günəş həmin oyunlar üçün 29 futbolçuya dəvət göndərib. Onlardan 14-ü xarici klublarda oynayır.

Heyətdə qapıçılar Mert Günok ("Başakşəhər"), Gökhan Akkan ("Rizəspor"), Sinan Bolat ("Antverpen"), Uğurcan Çakır ("Trabzonspor"), müdafiəçilər Nazım Sanqare ("Antalyaspor"), Çağlar Söyüncü ("Lester", İngiltərə), Mehmet Zeki Çelik ("Lill", Fransa), Kaan Ayhan ("Fortuna", Almaniya), Merih Demiral ("Yuventus", İtaliya), Mert Çetin ("Roma", İtaliya), Umut Meraş ("Le Havr", Fransa) yer alıblar.

Bundan başqa, heyətə yarımmüdafiəçilər Emre Belözoğlu, Ozan Tufan, Deniz Türüç (hər üçü "Fənərbağça"), Dorukhan Toköz, Oğuzhan Özyakup (hər ikisi "Beşiktaş"), Emre Kılınç ("Sivasspor"), Efecan Karaca ("Alanyaspor"), Abdulkadir Parmak ("Trabzonspor"), İrfan Can Kahveci ("Başaksəhər"), Çingiz Ünder ("Roma", İtaliya), Okay Yokuşlu ("Selta", İtaliya), Yunus Mallı ("Volfsburq", Almaniya), Yusuf Yazıcı ("Lill", Fransa), Hakan Çalhanoğlu ("Milan", İtaliya), hücumçular Güven Yalçın ("Beşiktaş"), Cenk Tosun ("Everton", İngiltərə), Enes Ünal ("Valyadolid", İspaniya) və Kenan Karaman ("Fortuna", Almaniya) daxildir.

Qeyd edək ki, Türkiyə yığması sentyabrın 7-də İstanbulda Andorra, sentyabrın 10-da səfərdə Moldova ilə qarşılaşacaq. Komandanın təlim-məşq toplanışları isə sentyabrın 2-də başlayacaq.