Olimpiadaya lisenziya xarakteri daşıyan mundial ilin ən mühüm yarışıdır. Yığmalarımız məsul turnirə ciddi hazırlaşırlar.
Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdan sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız bu həftə dünya çempionatı öncəsi son hazırlıq prosesinə start verəcəklər. Sonuncu hazırlıq prosesi Olimpiya Güləş Mərkəzində reallaşacaq.
Qadın güləşçilərdən ibarət millimiz isə artıq Qazaxıstandadır. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında dünya çempionatında iştirak edəcək 8 qadın güləşçimiz bu gündən Qazaxıstan yığması ilə birgə Nur-Sultanda təlim-məşq toplanışına başlayıb. Məqsəd yerli mühitə uyğunlaşmaq və yarışa daha yaxşı hazırlaşmaqdır.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024