Bu gün veteran futbolçumuz Səmədağa Şıxlarovun doğum günüdür

Bu gün "Neftçi" klubunun veteran futbolçusu Səmədağa Şıxlarovun 64 yaşı tamam olur. Karyerası ərzində "Neftçi"nin heyətində 152 oyunda meydana çıxan Səmədağa Şıxlarov Moskvanın "Spartak" klubunun əfsanəvi qapıçısı Renat Dasayevin də qoruduğu qapıdan top keçirməyi bacarıb.

Qeyd edək ki, hazırda Səmədağa Şıxlarov futboldan kənar qalan işsizlər sırasındadır. Hazırda isə yeni yaranmış Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının ( AFİAHİ ) idarə heyətinin üzvüdür.

OLİMPSPORT və Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının adından Səmədağa müəllimi təbrik edir, ona uzun ömür can sağlığı arzu edirik!