Cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb
Sentyabrın 12-də Finlandiyanın Vantaa şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb.
Yarışların birinci günündə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev yarışa səkkizdəbir final mərhələsindən başlayıb. İtaliyalı idmançını məğlub edən R.Əliyev dörddəbir finalda avstriyalı Daniel Leutgebi üstələyib. Yarımfinalda Rusiya idmançısı Abu-Muslim Parçiyevə qalib gələn cüdoçumuz finalda türkiyəli Salih Yıldıza uduzaraq gümüş medalla kifayətlənməli olub. Bu çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz Əhməd Yusifov isə dörddəbir finalda məğlub olaraq təsəlliverici görüşdə avstriyalı Daniel Leutgebə qalib gəlib. İtaliyalı Alessandro Aramunu üstələyən Ə.Yusifov komandamızın aktivinə bürünc medal yazdırıb.