OLİMPSPORT Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, gərgin müzakirələrə səbəb olan iclas 5 saata yaxın davam edib və bir sıra mühüm qərarlar qəbul olunub. Tədbir başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev iclasda yaşananlarla bağlı bunları deyib: "Avropa Olimpiya Təsnifat Turnirinin gələn ilin martında Budapeştdə keçirilməsinə qərar verildi. Bununla bağlı müzakirələr aparıldı. Düşünürəm ki, olimpiadaya lisenziya verən yarışın müharibə şəraitində olan ölkədə keçirilməsi məqsədəuyğun deyil. Ona görə də bu məsələnin üzərində çox dayanmadım. Ancaq istənilən halda, yaxın tarixdə Azərbaycanda nüfuzlu güləş yarışı keçiriləcək. Çünki xeyli vaxtdır ki, bizdə belə yarış təşkil olunmur. Bu barədə heç bir problem yoxdur. Hətta bizə müəyyən yarışlar məsləhət olunmuşdu. Artıq bizim azarkeşlərimiz də darıxıblar. İclasda müzakirələrdən biri də yarışların sıx qrafikdə keçirilməsi ilə bağlı oldu. 2020-ci ilin fevralında Avropa və Asiya çempionatı keçiriləcək. Martda isə Avropa Olimpiya Təsnifat Turniri olacaq. Bunu bir formatda keçirmək təklif olundu ki, Avropa çempionatı da Olimpiadaya lisenziya versin. Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç bildirdi ki, bunu dəyişə bilmərik. Çünki Beynəlxalq Olimpiya Komitəsi tərəfindən bu yarışlar artıq öncədən təsdiq olunub. Avropa və dünya olimpiya təsnifat turnirlərində finalçılar Tokio-2020-yə vəsiqə qazanacaq. Sözsüz, güləşçilərimizdən kimlərsə Avropa Olimpiya Təsnifat Turnirində iştirak edəcəksə, onlar Avropa çempionatında iştirak etməyəcək. Çünki çəki salan idmançının qısa vaxt ərzində bərpa olunması mümkün deyil".
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024