"Tour d’Azerbaïdjan-2016" ilə bağlı mətbuat konfransı keçiriləcək

Mayın 3-də "Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016" veloturu ilə bağlı mətbuat konfransı keçiriləcək.

Olimpsport.az xəbər verir ki, Futbolxeber.az saytına Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, “Velotrek”də baş tutacaq tədbir 10:30-da start götürəcək. Mətbuat konfransında Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və turun direktoru Rolan Hofer iştirak edəcək.