Güləş yığmamızın baş məşqçisi vəzifəsindən gedib?
Xəbər verdiyimiz kimi Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçirilir.
OLİMPSPORT xəbər verir ki, yaxın mənbənin məlumatına görə sərbəst güləş üzrə yığmanın baş məşqçisi Saipulla Absaidov müəmmalı şəkildə öz vəzifəsini tərk edib. Məlumat rəsmi şəkildə elan olunmasa da Azərbaycan Güləş Federasiyasının öz rəsmi feysbuk səhifəsində paylaşdığı dünya çempionatına yola düşəcək sərbəst güləş yığmamızın heyətində Absaidovun gözə dəyməməsi deyilənlərin həqiqətə yaxın olduğunu təsdiqləyir.
Qeyd edək ki, belə bir vacib və mötəbər yarış ərəfəsində yaşanan bu olay yığmamızın potensialına əks təsir edə bilər. Çünki, milli komanda məhz Saipulla Absaidovun rəhbərliyi altında və onun tərtib etdiyi proqram əsasında mundiala hazırlıq prosesi keçib.