Nəhayət ki, güləşdən olimpiadaya ilk lisenziyanı qazandıq
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Nəhayət ki, güləşdən olimpiadaya ilk lisenziyanı qazandıq. Bunu 1/4 final mərhələsində rusiyalı rəqibinə tam üstünlüklə qalib gələn Mariya Stadnik qazanıb və 1/2 final mərhələsinə vəsiqə qazanıb. Bu o deməkdir ki, güləşçimiz bundan sonra hansı nəticəni göstərməyindən asılı olmayaraq "Tokio-2020" Olimpiya Oyunlarında iştirak etmək hüququ əldə edib.
Qeyd edək ki, yarışın reqlamentinə görə dünya çempionatında 5-ci yerə qədər olimpiadaya lisenziya verilir.
50 kq
1/4 final: Mariya Stadnik (AZE)-Yekatirina Poleşuk (RUS) 11:0