Hacı Əliyev qırmızı vərəqə ilə mundialdan uzaqlaşdırıldı

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.  

Sərbəst güləşçilərin yarışında mübarizə aparan Hacı Əliyev rusiyalı Hacımurad Rəşidova hakimlərin şübhəli qərarı ilə məğlub olub. Məğlubiyyətlə barışmayan Hacı Əliyev hakimlərə sərt şəkildə etiraz edib. Hakimlər isə ona qırmızı vərəqə göstərərək ümumiyyətlə yarışdan azad ediblər. Bu o deməkdir ki, 65 kq çəki dərəcəsində Azərbaycan komandası mundialda olimpiadaya lisenziya şanslarını da itirdi.

57 kq çəki dərəcəsində iştirak edən Mahir Əmiraslanov da rusiyalı güləşçi yə məğlub olub.

57 kq

Təsnifat - Mahir Əmiraslanov - Ulukbek Joldoşbekov (KGZ) 5:4

1/16 final - Mahir Əmiraslanov - Zavur Uquyev (RUS) 3:4

65 kq

Təsnifat - Hacı Əliyev - Hacımurad Rəşidov (RUS) 2:4