Xoş xəbər: Hacı Əliyevə göstərilən qırmızı vərəqə ləğv edilib

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Altıncı yarış günündə qadın güləşində 62 və 68, sərbəst güləşdə isə 57 və 65 kq-da mübarizəyə start verilib.

İrina Netreba ilk görüşdə Burkino Faso idmançısını üstələyib. Ancaq növbəti mərhələdə alman həmkarıyla bacarmayıb.Elmira Qəmbərova ilk görüşdə Rumıniya təmsilçisinə yenilib.

Mahir Əmiraslanov təsnifat mərhələsində çətinliklə də olsa, qırğız güləşçiyə qalib gəlib. Rusiyalı dünya çempionuyla görüş dramatik keçib. Həmyerlimiz hesabda 3:0 öndə olsa da, üstünlüyü əldən verərək uduzub.

Hacı Əliyev startda 2 il əvvəl dünya çempionatının finalında məğlub etdiyi Hacımurad Rəşidovla qarşılaşıb. Hakimlərin müəmmalı qərarlarıyla Hacı görüşdən məğlub ayrılıb. 

Qeyd edək ki, hakimlərin Hacı Əliyevə göstərdiyi qırmızı vərəqə ləğv olunub.

Qadın güləşi

62 kq

1/16 final - Elmira Qəmbərova - Krişta Tunda İnçe (ROU) 2:3

68 kq

1/16 final - İrina Netreba - Yuvette Zie (BUR) 6:4

1/8 final - İrina Netreba - Anna Karmen Şell (GER) 2:5

Sərbəst güləş

57 kq

Təsnifat - Mahir Əmiraslanov - Ulukbek Joldoşbekov (KGZ) 5:4

1/16 final - Mahir Əmiraslanov - Zavur Uquyev (RUS) 3:4

Təsəlliverici görüş - Mahir Əmiraslanov - Bexbayar Erdenebat (MGL)

65 kq Təsnifat - Hacı Əliyev - Hacımurad Rəşidov (RUS) 2:4

Təsəlliverici görüş - Hacı Əliyev - Əmr Ramazan Hüseyn (EGY)