"Real" daha bir kubok qazandı

Madrid “Real”ı yeni mövsüm öncəsi növbəti kubokunu qazanıb. Olimpsport.az saytının məlumatına görə, "kral klubu" bu dəfə “Santyaqo Bernabeu” kubokunun qalibi olublar.

 

Zinəddin Zidanın  yetirməələri  Fransa təmsilçisi “Reym”lə qarşılaşıb. “Santyaqo Bernabeu”dakı oyunda hesabı “Reym” açsa da, “Real” ilk hissədə buna 3 topla cavab verib. İkinci hissədə komandalar hərəyə daha 2 dəfə fərqləniblər. Beləliklə, 8 qolun vurulduğu matçda “Real” 5:3 hesablı qələbə qazanaraq, “Santyaqo Bernabeu” kubokunu əldə edib.

 

Qeyd edək ki, “Real” avqustun 9-da “Sevilya”nı 3:2 hesabı ilə məğlub edərək, UEFA Superkubokunun qalibi olmuşdu.

 

“Real” (İspaniya) – “Reym” (Fransa) – 5:3

Qollar: Naço, 11; Serxio Ramos, 39; Morata, 45; Hames Rodriges, 60; Diaz, 79 – Çavarria, 7; Oudin, 48; Kyei, 73