“Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi, “Sevilya” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Bu dəfə rəqib çempionatın autsayderi “Eybar” klubu olub. Oyuna hücumlarla başlayan “Sevilya” klubu matçın 11-ci dəqiqəsində hesabda önə keçib. Lukas Okompos fərqlənib - 0:1. Oyunun 33-cü dəqiqəsində qonaqlar Oliver Torresin sayəsində hesab arasındakı fərqi iki topa çatdırıb 0:2. Birinci hissə “Sevilya”nın üstünlüyü ilə başa çatıb. Qarşılaşmanın ikinci hissəsində meydan sahibləri oyunda dönüş yaradaraq ardıcıl üç qol vurmaqla vacib üç xalı qazanıb. Fabian Orellana (66), Pedro Leon (77) və Xose Angel (82) adlarını tabloya yazdırıb.
Qeyd edək ki, altıncı tura “Selta Viqo” - “Espanyol” və “Real Sosyedad” - “Deportivo Alaves” oyunları ilə yekun vurulacaq.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024