AVRO-2016: Daha 4 komanda Bakıya gəlir

5-21 may tarixlərində Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının iştirakçılarının ölkəmizə gəlişi davam edir.

Olimpsport.az saytının məlumatına görə, bu gün daha 4 ölkə Bakıya gələcək. 18:35-də Fransa, 20:20-də Almaniya, 21:10-da Belçika, 00:25-də isə Şotlandiya yığmaları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olmalıdırlar.

Qeyd edək ki, çempionat iştirakçılarından Ukrayna və İngiltərə artıq 2 gündür ki, paytaxtımızdadır.