"Milli Müstəqillik Günü " münasibətilə sərbəst güləş üzrə Respublika turniri keçirilib
Sərbəst güləş üzrə 18 oktyabr " Milli Müstəqillik Günü " münasibətilə kiçik yaşlı yeniyetmələr arasında Respublika turniri keçirilib.
Turnirin keçirilməsində əsas məqsəd " Müstəqillik Günü " nü qeyd etmək və güləş idman növünün inkişafına nail olmaq olub. 200-ə yaxın idmançının iştirak etdiyi turnirdə paytaxt klubları ilə yanaşı, Lənkəran, Masallı, İmişli, Gəncə və Sumqayıt təmsilçiləri də yarışıblar. OLİMPSPORT İdman Klubunun təşkilatçılığı ilə keçirilən turnirdə yer tutmuş idmançılara, habelə onların məşqçilərinə diplom, medal və Milli Olimpiya Komitəsinin qiymətli hədiyyələri təqdim olunub.
Qeyd edək ki, turnirə dəstək verənlər arasında Sumqayıt şəhərində yerləşən " Paolo Mark " idman zövqlü geyim mağazalar şəbəkəsi və " Face Dent " stomatoloji klinikası da olub.