Çingiz Hüseynzadə Polşa prezidenti ilə görüşüb
Görüşdə Olimpiya hərəkatının inkişafı və digər məsələlər müzakirə olunub.
Oktyabrın 23-də işə başlayan Assambleyada AOK-un İcraiyyə Komitəsinin üzvü və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının nümayəndələri Nikki Efendi, Namiq Novruzov, Tərlan Məmmədov iştirak edirlər.
Assambleya çərçivəsində oktyabrın 24-də Çingiz Hüseynzadənin iştirakı ilə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda AOK prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi hesabat məruzələri ilə çıxış ediblər.
Oktyabrın 25-də AOK Baş Assambleyası işə başlayacaq. Assambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, Atletlər, Olimpiya mədəniyyəti və irsi, Olimpiya Akademiyası və digər komissiyalarının iclası keçiriləcək. Həmçinin “Tokio 2020” və “Paris 2024” Yay, “Pekin 2022” Qış Olimpiya oyunları, “Krakov və Malopolska 2023” III Avropa Oyunları ilə bağlı məruzələr dinləniləcək.
Baş Assambleya işini oktyabrın 26-da başa çatdıracaq.