Çempionlar Liqasının qrup mərhələsinin son turuna yekun vurulub
Dekabrın 11-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun daha 8 qarşılaşması oynanılıb.
Turun ikinci oyun günündə aşağıdakı hesablar qeydə alınıb:
A qrupu:
PSJ (Fransa) – “Qalatasaray” (Türkiyə) - 5:0;
“Brügge” (Belçika) – “Real Madrid” (İspaniya) - 1:3.
B qrupu:
“Bavariya” (Almaniya) – “Tottenhem” (İngiltərə) - 3:1;
“Olimpiakos” (Yunanıstan) – “Srvena Zvezda” (Serbiya) - 1:0.
C qrupu:
“Dinamo Zaqreb” (Xorvatiya) – “Mançester Siti” (İngiltərə) - 1:4;
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Atalanta” (İtaliya) - 0:3.
D qrupu:
“Bayer Leverkuzen” (Almaniya) – “Yuventus” (İtaliya) - 0:2;
“Atletiko Madrid” (İspaniya) – “Lokomotiv” (Moskva, Rusiya) - 2:0.