Masallı rayonu 2020-ci ilin “ Gənclər paytaxtı ” seçildi
Masallı rayonu 2020-ci ilin “Gənclər paytaxtı” seçildi
Masalı rayonu 40.3% səs toplayaraq, 23.4% səs toplayan Lənkəran rayonunu geridə qoyaraq, “Gənclər Paytaxtı 2020” adını qazanıb
OLİMPSPORT Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səsvermədə Azərbaycanın 16 şəhər və rayonu iştirak edirdi. Bu ilki səsvermə iki region Masallı və Lənkəran arasında gedən gərgin mübarizə ilə yadda qalıb. Belə ki, sesvermənin davam etdiyi 7 gün ərzində Lənkəran rayonu ön sıralarda yer almaq üçün mübarizə aparıb. Lakin səsvermənin ilk günlərində Masallı rayonu birinci sıraya keçib və səsvermənin sonuna kimi liderlik mövqeyini əldən verməyib. Nəticədə, Masalı rayonu 40.3% səs toplayaraq, 23.4% səs toplayan Lənkəran rayonunu geridə qoyaraq, “Gənclər Paytaxtı 2020” adını qazanıb.