OLİMPSPORT xəbər verir ki, oyuna fəal başlayan İstanbul təmsilçiləri artıq birinci dəqiqədə hesabı açmağa nail olublar. Maks Kruze Qarri Rodrigesin ötürməsini dəqiq tamamlayıb. Lakin meydan sahibləri matçın 16-cı dəqiqəsində Aleksander Sorlotun vurduğu qol sayəsində hesaba tarazlıq gətiriblər. Trabzonlular 32-ci dəqiqədə isə Filip Novakın qolu ilə hesabda önə keçiblər. Oyunun qalan vaxtı ərzində tərəflərin fərqlənməyə şansları olsa da, görüşdə hesab dəyişməyib və oyun 2:1 hesabı ilə "Trabzonspor"un xeyrinə bitib.
Günün digər qarşılaşmasında "Beşiktaş" səfərdə "Rizəspor"a 1:2 hesabı ilə qalib gəlib. "Antalyaspor"-"Konyaspor" oyununda isə qapılara qol vurulmayıb.
Turun digər oyunları fevralın 2 və 3-də keçiriləcək. Hazırda turnir cədvəlində "Sivasspor" klubu 41 xalla vahid liderdir. "Başakşəhər" 39 xalla ikinci "Trabzonspor" isə 38 xalla üçüncüdür.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024