OLİMPSPORT xəbər verir ki, Yunanıstan Olimpiya Komitəsi güllə atıcılığı üzrə Olimpiya çempionu Anna Korakakini martın 12-də “Tokio-2020”nin məşəlinin alovlandırılması mərasimində ilk məşəlçi elan edib. Bununla da tarixdə ilk dəfə qadın idmançı Olimpiya məşəli estafetinə start verəcək.
A.Korakakinin “Tokio-2020”nin ilk məşəlçisi seçilməsini Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos tarixi hadisə adlandırıb. O deyib ki, Olimpiya Oyunlarının tarixində ilk dəfə qadın idmançı məşəl estafetinin ilk daşıyıcısı olacaq.
Yunanıstanda bir həftə davam edəcək məşəl estafetinin Afinanın “Panatinaikos” stadionunda martın 19-da təntənəli təhvilvermə mərasimi təşkil ediləcək. Bu missiyanın daha bir daşıyıcısı, şüvüllə tullanma üzrə Olimpiya çempionu Yekaterini Stefanidi məşəli “Tokio-2020”nin təşkilatçılarına təhvil verəcək.
Olimpiadanın vətəni olan Yunanıstanda alovlandırılacaq məşəli ümumilikdə 10 min nəfər daşıyacaq. Estafet martın 26-da Fukusimadan davam edəcək və 121 gün ərzində Yaponiyanın 47 prefekturasını gəzəcək. Xatırladaq ki, “Tokio 2020” Yay Olimpiya Oyunları bu il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024