"Milan""Beşiktaş"ın futbolçusunu transfer etdi

İtalyanın "Milan" klubu  heyətini yeni futbolçu ilə gücləndirib.

 

Olimpsport.az xəbər verir ki, Seria A təmsilçisi "Beşiktaş"ın argentinalı futbolçusu Xose Sosanı transfer edib. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Sosanın transferi üçün "Mila" Türkiyə klubuna 7,5 milyon avro ödəyib.

 

Qeyd edək ki, 2014-cü ildə Ukraynanın "Metallist" klubundan "Beşiktaş"a transfer olunan təcrübəli yarımmüdafiəçi "qara qartallar"ın heyətində meydana çıxdığı 78 matçda 12 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.