OLİMPSPORT xəbər verir ki, “Medikal Park Arena”da keçirilən qarşılaşmada hesabı 4-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Aleksander Sorlot açıb. Görüşün 43-cü dəqiqəsində “Sivasspor”un müdafiəçisi Caner Osmanpaşa topu səhvən öz qapısına göndərib. Görüşün son dəqiqələrində qonaqların futbolçusu Mustafa Yatabare vurulan qollardan birinin əvəzini çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Beləliklə, “Trabzonspor” doğma meydanda “Sivasspor”u məğlub edərək liderliyə yüksəlib. Günün digər matçında “Gənclərbirliyi” səfərdə “Alanyaspor”a minimal hesabla qalib gəlib - 1:0.
Gün ərzində keçiriləcək növbəti oyunda "Qalatasaray" doğma meydanda “Yeni Malatyaspor”u qəbul edəcək.
Turun digər görüşləri fevralın 17-də keçiriləcək. Türkiyə çempionatında hazırda turnir cədvəlinə 44 xalla “Trabzonspor” klubu liderlik edir. “Başakşəhər” 43 xalla ikinci pillədədir. İlk üçlüyü 42 xalla iki oyun az keçirmiş “Sivasspor” qapayır.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024