UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib
Fevralın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinə start verilib.
OLİMPSPORT xəbər verir ki, mərhələnin ilk günündə iki qarşılaşma oynanılıb.
Turnirin son çempionu İngiltərənin “Liverpul” klubu səfərdə İspaniyanın “Atletiko Madrid” komandasının qonağı olub.Görüşün taleyin bir qol həll edib. Matçın 4-cü dəqiqəsində madridlilərin yarımmüdafiəçisi Saul Niquez fərqlənərək komandası üçün vacib qələbə qazandırıb.
Qeyd edək ki, bu komandaların arasında cavab görüşləri martın 12-də keçiriləcək.