Türkiyə Superliqası: "Qalatasaray" 21 ildən sonra əzəli rəqibini səfərdə yenib
Fevralın 23-də Türkiyə Superliqasının XXIII turunda İstanbul derbisi keçirilib.
Matçın 80-ci dəqiqəsində “Qalatasaray”ın hücumçusu Radmel Falkao komandasını hesabda önə keçirib. Qarşılaşmanın 84-cü dəqiqəsində meydanda yaranan mübahisə səbəbindən Dəniz Turuc və Younes Belhanda qırmızı vərəqə alaraq meydanı tərk ediblər.Oyunun son dəqiqələrində Henri Onyekuru komandasının üçüncü qolunu vurub.
Beləliklə “Qalatasaray” 21 ildən sonra səfərdə “Fənərbağça”nı 3:1 hesabı ilə məğlub edib.
Günün digər oyunlarında “Ankaragücü” səfərdə “Gənclərbirliyi”nə minimal hesabla məğlub olub.
“Antalyaspor” səfərdə “Yeni Malatyaspor”u 2:1 hesabı ilə üstələyib.