OLİMPSPORT xəbər verir ki, UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutacaq “Olimpiakos” (Yunanıstan) – “Volverhemton” (İngiltərə) və “Sevilya” (İspaniya) - “Roma (İtaliya) görüşləri azarkeşsiz keçiriləcək. Bu komandalar arasında oyun martın 12-də təşkil olunacaq.
Xatırladaq ki, daha əvvəl qitə futbol qurumu UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya), həmçinin UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin “Kopenhagen” (Danimarka) – “Başakşehir” (Türkiyə) matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb.
Bundan başqa, Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin “Paris Sen-Jermen” (Fransa) – “Borussiya Dortmund” (Almaniya) oyunu da azarkeşsiz baş tutacaq.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024