Millimizin üzvü növbəti qolunu vurdu
Almaniya ikinci Bundesliqasında 31-ci turun oyunları keçirilir.
Olimpsport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun formasını geydiyi “Karlsrue” səfərdə “Bohum”un qonağı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan Nazarov 60-cı dəqiqədə meydana daxil olub. Buna qədər hesabda geri olan “Karlsrue” məhz Nazarovun 87-ci dəqiqədə penaltidən vurduğu qolla komandasını yenilgidən xilas edib - 1:1.
Qeyd edək ki, 31 turdan sonra aktivində 43 xal olan Nazarovun komandası turnir cədvəlində 8-ci yeri tutur.