TPL: "İnter" "Sumqayıt"la, "Qəbələ" "Neftçi" ilə bacarmadı

Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları davam edir.

Olimpsport.az saytının məlumatına görə, günün ilk iki oyununda qalib müəyyənləşməyib.

“İnter” - “Sumqayıt” 2:2

Qollar: Mirsahib Abbasov 11, Nika Kvekveskiri 90+3 – Vaqif  Cavadov 6, Amil Yunanov 19

Qırmızı vərəqələr: Kamran Ağayev 27 - Cəmil Hacıyev 90+1

“İnter Arena”

Baş hakim: Ömər Paşayev

 

“Qəbələ” - “Neftçi” 2:2

Qollar: Aleksey Qay 21 (pen), Rəşad Sadiqov 21 - Ruslan Qurbanov 33, Elşən Abdullayev 64

Qəbələ şəhər stadionu

Baş hakim: Rauf Cabbarov