OLİMPSPORT xəbər verir ki, London təmsilçisindən verilən açıqlamada bildirib ki, klubun bazası bağlanıb və son zamanlar ispan mütəxəssislə təmasda olmuş əməkdaşlar karantinə yerləşdirilib. Klubun məşqçi qərargahının yerləşdiyi yerlərdə dezinfeksiya işləri görüləcək və Arteta ilə təmasda olmayanlar yaxın vaxtlarda öz vəzifələrinin icrasına qayıdacaqlar.
İngiltərənin digər təmsilçisi "Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi də koronavirusa yoluxub. Klubun saytının verdiyi xəbərə görə, yaxın vaxtlarda 20 yaşlı hücumçu ilə təmasda olanlar karantinə alınacaq. Bunlara ilk olaraq komandanın əsas heyəti, məşqçilər və klubda çalışanlar daxildir.
"Yuventus"un əməkdaşları isə könüllü karantinə yollanıb. Bu qərar “Yuventus”un futbolçusu Daniele Ruqaninin koronavirusa yoluxmasından sonra qəbul olunub. Ümumilikdə 121 əməkdaş arasında klub prezidenti Andrea Anyelli başda olmaqla rəhbərlik, futbolçular, komanda personalı və digər şəxslər yer alıb. Onlar səhiyyə orqanlarının tələblərinə uyğun olaraq, evdə könüllü karantin keçəcəklər.
Xatırladaq ki, Turin klubunun ulduz futbolçusu Kriştiano Ronaldo isə hazırda vətəni Portuqaliyada karantinə alınıb. O, təhlükəsizlik səbəbindən həkim nəzarəti altına götürülüb.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024