"Qalatasarayın" baş məşqçisi F.Terim koronavirusa yoluxub

Dünyaya hücum çəkən koronavirus heç bir insana kimliyindən asılı olmayaraq ziyan vurmağa davam edir. Virus artıq dünyaca məşhur olan "Qalatasaray" Futbol Klubunun baş məşqçisi Fateh Terimi də yaxalayıb.

 OLİMPSPORT xəbər verir ki, bu barədə F.Terim öz tvitter səhifəsində xəbər verib. O,bildirib ki, testin cavabı pozitiv çıxıb və xəstəxanada əmin əllərdə olduğunu yazıb. İmparator ən qısa zamanda xəbərləşmək ümidiylə fikirlərini tamamlayıb.