İnternet üzərindən şahmat yarışı keçirilib

Eltac Səfərli evdə qaldı və Azərbaycan Kubokunu qazandı Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə keçirilən internet üzərindən superblits üzrə Birinci Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

106 şahmatçının qeydiyyatdan keçdiyi yarışda 92 şahmatçı mübarizə aparıb. 17 turdan ibarət olan internet üzərindən Birinci Azərbaycan Kubokunun qalibi Eltac Səfərli olub. Azərbaycan millisinin üzvü, Avropa çempionu Eltac Səfərli 14 xal toplamaqla hamını qabaqlayıb. Hərəyə 13.5 xal toplayan milli komandanın üzvləri Rauf Məmmədovla Qədir Hüseynov ikinci və üçüncü yeri tutub. Mükafata layiq görülən ilk 14 yerin sahibini sizə təqdim edirik: 

1.Eltac Səfərli 14 xal

2.Rauf Məmmədov 13,5

3.Qədir Hüseynov 13,5

4.Nicat Abasov 13

5.Aydın Süleymanlı 11,5

6. Ülvi Sadıqlı 11,5

 7.Vüqar Rəsulov 11,

 8.Nail Bəşirli 11,5 

9.Vüqar Əsədli 11,5 

10.Misrətdin İsgəndərov

11.Məhəmməd Muradlı 10,5

12. Namiq Quliyev 10,5

13. Abdulla Qədimbəyli 10,5

 14.Zaur Bayramov 10,5

Reqlamentə əsasən qadınlar arasında ən yaxşı nəticə göstərən altı şahmatçı - Gövhər Beydullayeva (30-cu yer; 9,5 xal), Günay Məmmədzadə (9,5 xal), Gülnar Məmmədova (9 xal), Xəyalə Abdulla (9 xal), Səbinə İbrahimova (9 xal) və Nərmin Xələfova (8,5 xal) pul mükafatı qazanıb.

16 yaşadək və FİDE əmsalı 2200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən Süleyman Süleymanlı (2006-cı il təvəllüdlü, 10 xalla 23-şcü yer),Tunar Davudov (2009-cu il;10 xal), Cahandar Azadəliyev (2010-cu il; 9,5 xal) və Şiroğlan Talıbov (2006-cı il, 8,5 xal) pul mükafatlarına layiq görülüb.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15 000 manat təşkil edir. Qalib 3 000 manat qazanıb. Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1 000 manat əldə edib.

Turnir "İdman TV" ilə canlı yayımlanıb.