OLİMPSPORT xəbər verir ki, videokonfransın əsas mövzusu qlobal koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan olunmuş karantin rejimi şəraitində idmançıların və onların məşqçilərinin fiziki, psixoloji və ümumi hazırlıq məsələsi, postkarantin dövründə gerçəkləşdirilməsi nəzərdə tutulan işlər olub. Qarşıdakı günlərdə Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Oyunlarına təsnifat prosesi ilə bağlı yenilənmiş qanunları açıqlayacağı haqda da idmançılara məlumat verilib.
Bundan başqa “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak üçün hazırlığın yüksək səviyyəsinə çatmış atletlərimizin karantin rejimində məşqlərini ev şəraitində davam etdirmələri müsbət dəyərləndirilib. Videokonfransda yaxşı fiziki formada qalmaları üçün idmançıların ev şəraitinə uyğun məşq kompleksləri əsasında çalışdıqları, onların psixoloji hazırlıq vəziyyətinin yüksək səviyyədə qalması məsələsinin də diqqətdə saxlandığı qeyd olunub.
Karantin müddətində MOK-un təşkil etdiyi #Evdeqal #idmanlaqal kampaniyası haqda da fikir mübadiləsi aparılıb. Yeni layihələrə dair təkliflər müzakirə edilib. Videokonfransın sonunda müzakirə olunan məsələlərlə bağlı suallar cavablandırılıb.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024