Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən imkanlı şəxslərin,sahibkarların koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdəndir.
Respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da gündəlik davam edən xeyriyyə tədbirləri sosial məsuliyyəti, dövlət-vətəndaş birliyini əks etdirən əsas amillərin bariz göstəricisidir. Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ahıl, kimsəsiz və daha çox ehtiyacı olan insanlara hər gün baş çəkilir, onlara ərzaq yardımı göstərilir. Bu tədbirlərdən biri də Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Qarabağ” futbol klubu tərəfindən həyat keçirilib.
“Qarabağ” futbol klubu karantin rejimi günlərində ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərə dəstək nümayiş etdirərək, Ağdam rayonunda aztəminatlı ailələrə kömək məqsədilə ərzaq yardımı paylayıb. Klubun rəhbərliyi, məşqçi heyyəti və futbolçular rayon ərazisində 1500 aztəminatlı ailəyə ərzaq bağlamaları təqdim ediblər.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024