Bu günə qədər COVID 19 la bağlı şübhəli heç bir idmançı haqqında məlumat daxil olmayıb
Karantinin elan olunmasından öncə Azərbaycanda yaşayan idmançılar təlim məşq toplantılarından, yarışlardan vətənə qayıdıblar.
OLİMPSPORT Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, karantin dönəmində onlar evdə olublar. Federasiya tərəfindən nazirliyə mütəmadi oıaraq idmançıların sağlamlığı ilə bağlı hesabatlar daxil olurdu. Nazirlik tərəfindən federasiyalara ehtiyac olacağ təqdirdə testlərin götürülə biləcəyi və karantində saxlanılmaları ilə üçün hər bir şəraitin olduğu haqda məlumat verilib. Bu günə COVID 19 la bağlı şübhəli heç bir idmançı haqqında məlumat daxil olmayıb.